Naxçıvanda Ubeyd mədəniyyətinə aid maddi nümunələr aşkarlandı

media-hightechnic-468x90

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəli oğlu Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası mayın 19-dan etibarən arxeoloji qazıntılara başlayıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri aşkar olunub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olub. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600