Naxçıvanın əhalisinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayında artım olub.

Yenicag.az bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, 1 aprel 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3481 nəfər artaraq 460 min 216 nəfər olub.