Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkədədir və ölkə lideri Kasım-Jomart Tokayevlə “şiddətli danışıqlar” aparır.
Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” Qazaxıstan hakimiyyətinə yaxın olan keçmiş Qərb rəsmisinə istinadən yazır.
Nazarbayevin ölkədən qaçması və ya hətta ölümü ilə bağlı şayiələri şərh edən mənbə, “bu günə qədər əldə etdiyim məlumat ondan ibarətdir ki, Nazarbayev sağdır və Tokayevlə aktivlərin yenidən bölüşdürülməsi, hasilat və icarəyə dair şiddətli danışıqlar gedir”.
Onun sözlərinə görə, Nazarbayevlə Tokayev arasında hakimiyyət uğrunda mübarizə davam edir və “hər şeyin rahat başa çatacağına zəmanət yoxdur”.
Nazarbayevin keçmiş naziri və müşaviri Yermuxamet Yertısbayev təsdiqləyib ki, onun keçmiş rəhbəri Qazaxıstandadır və varisi ilə danışıqlar aparır. Eyni zamanda, Yertısbayevin fikrincə, “Aydındır ki, Nazarbayevin erası bitib”. O, həmçinin hesab edir ki, Qazaxıstan küçələrində baş verən son zorakılıqlarda “Nazarbayev klanından olan mürtəce və mühafizəkar qüvvələr” günahkardır.
“Bir çox insan Nazarbayevin düşərgəsindən prezident Tokayevin tərəfinə keçir”, – Yertısbayev bildirib.
www.yenicag.az