!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir açıqladı: Azərbaycanda pandemiya ilə mübarizəyə nə qədər vəsait xərclənib?

!Reklam – Yazi

“Ötən il koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib”.

Yenicag.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib:

“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi siğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”.

www.yenicag.az

271
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv