Nazir Antalyaya gedəcək

media-hightechnic-468x90

samirMaliyyə naziri Samir Şərifov Vaşinqtonda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edəcək.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, 16-17 aprel 2015-ci il tarixlərində Vaşinqtonda “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin növbəti iclası keçiriləcək. Toplantıda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da iştirak edəcək.

“G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Toplantıya “G-20”yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq.

Azərbaycan Respublikası “G-20”-nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Azərbaycanın maliyyə naziri Vaşınqtonda həmçinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ənənəvi yaz görüşlərinə də qatılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600