Nazir: “Hamımız “Qarabağ”dan qələbə gözləyirdik”

media-hightechnic-468x90

“Bu gün biz hamımız “Qarabağ”dan qələbə gözləyirdik”.

Yenicag.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün feysbuk səhifəsində yazıb.

“Qarabağ”ın Bakıda Polşa “Rakuv”u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:

“Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram”.

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. “Köhlən atlar” turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600