!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir məhkəməyə verildi - Azərbaycanda - Açıqlama
 

!Reklam – Yazi

Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi nazirliyin yeni işdən azad edilmiş bir qrup sabiq əməkdaşı məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reytinq” qəzetinə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsindən məlumat verilib.

Məlumata görə, qanunsuz işdən çıxarıldıqlarını iddia edən bir qrup dövlət qulluqçusu məhkəmədən barələrində verilmiş azadolunma əmrinin ləğv eidlməsini və işdən azad edildikləri tarixdən bərpa olunmalarına qədər itirilmiş ənək haqları və vurulan mənəvi zərərin kompensasiyasını tələb edirlər. Yaxın günlərdə artıq proseslərə start veriləcək.

Məlumata görə, dövlət qulluqçusu statuslu işçilər “Dövlət qulluğu haqqında” qanuna görə, 5 il işlədikləri müəssisədə “toxunulmaz”dırlar. Yəni onlar ciddi nöqsana yol vermədikləri halda, rəhbərlik onlarla yollarını ayıra bilməz. Lakin məhkəməyə şikayət edənlər ərizələrində qeyd edirlər ki, onları kadrlar şöbəsinə və yaxud aparat rəhbəri Anar Əliyevin qəbuluna çağırıb, məcburi ərizələrini alıblar, yaxud da şifahi xəbərdarlıq etməklə, əsassız olaraq işdən azad ediblər.

Məhkəməyə müraciət edənlər arasında ƏƏSMN-in ötən ay ləğv edilən İqtisadiyyat şöbəsi ilə kadrlar şöbəsinin bir neçə əməkdaşları da var.

Bu arada isə o da aydın olub ki, ƏƏSMN-də işdən əsassız çıxarılanlar arasında digər şöbələrin də xeyli əməkdaşı var. Bundan başqa, Sahil Babayev nazirliyin “Sosial həyat” jurnalının fəaliyyətini də “dondurub”, nəticədə redaksiya heyəti də işsiz statusu qazanıb.

Bu barədə jurnalın baş redaktor müavini Əmrah Fəqanoğlu da sosial şəbəkədə yazıb.

Əmrah Fəqanoğlu statusunda jurnalın fəaliyyətinin dondurulduğunu və ştatının ixtisar olunmasını qeyd edərək, iyulun 31-dən işsiz qaldığını bildirib.

“Reytinq”in əməkdaşı bununla bağlı onunla əlaqə saxlayıb, vəzifəsindən azad olunması və jurnalın niyə bağlanmasının səbəblərini öyrənmək istəyib.

Əmrah Fəqanoğlu işdən azad olunması və “Sosial həyat” jurnalının bağlanma səbəblər haqda danışmaq istəməyib.

Sadəcə deyib ki, nazir Sahil Babayev belə qərar verib və qərara hörmətlə yanaşır: “Bəli, mən hazırda işsizəm. İşsiz kimi də, açığı, indi son bir ayın maaşını və nazirin təyin etdiyi əmək kompensasiya ödənişini gözləyirəm. Buna ciddi ehtiyacım var. Söz veriblər ki, nazirin tapşırığına əsasən, yaxın vaxtlarda ödəniləcək. Hələ ki, ümidi itirməmişəm”.

Onu da xatırladaq ki, Əmrah Fəqanoğlu peşəkar jurnalist olsa da, o, nazirin əmri ilə mayın 29 – da ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsindən çıxarılıb. Yerinə isə hazırda nazirliyin mətbuat katibi vəzifəsini icra edən Fazil Talıbov təyin edilib. Elə həmin ərəfədə də Ə.Fəqanoğlunun “Sosial həyat ” jurnalının baş redaktor müavini təyin olunub.

Əmrah Fəqanoğlundan sonra jurnalın digər əməkdaşları ilə əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik.

Hər iki tərəfin rəsmi mövqeyini də dərc etməyə hazırıq.

COP29

www.yenicag.az

2478
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv