Nazir ölkədən qaçdı
Suriyanın daxili işlər naziri Məhəmməd Alşaarın ölkəni tərk edərək Livana qaçdığı bildirilir.
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, məlumatı “Orient” telekanalı yayıb.
Məlumatda Bəşər Əsəd hakimiyyətinin son aylarda bəzi əraziləri itirməsindən sonra, parçalandığı və Suriya hökuməti içində ciddi fikir ayrılığı yaratdığı bildirilir.
Xəbərdə həmçinin iki gün əvvəl Suriyanın Hums şəhərində Əsədi dəstəkləyən Hizbullah milisləri ilə Suriya ordusu arasında silahlı qarşıdurma baş verdiyi qeyd edilir.
Qeyd edək ki, son aylarda Əsəd ordusu Suriyanın ən böyük vilayətlərindən sayılan İdlib vilayətini itirib.