Nazir Putini üzr istəməyə çağırdı
Avstraliyanın baş naziri Toni Abbort Malaziyanın “Boeing777” təyyarəsinin Ukraynada partladılması ilə bağlı Rusiya prezidenti Vladimir Putini üzr istəməyə çağırıb, – “Bigmir”.
Abbort Putini ABŞ nümunəsindən istifadə edərək üzr istəməsinə çağırış edib. ABŞ 1988-ci ildə İranın Hava Yollarına məxsus olan sərnişin təyyarəsini vurmasına görə İrandan üzr istəmişdi.
Abbort Putinə Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çin Xalq Respublikasında keçirilən iqtisadi forumun çərçivəsində deyib ki, Avstraliyada təyyarənin Rusiya tərəfindən vurulmasına dair sübutlar var. Sözügedən sübutlara əsasən, adı qeyd olunan təyyarə Rusiyanın zenit-raket kompleksi vasitəsi ilə vurulub.(deyerler)