Nazirlər Qarsda toplaşdı

media-hightechnic-468x90

siaphoto_448488Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin növbəti üçtərəfli görüşü keçirilib. Görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.

Qars Bəyannaməsinin imzalanması ilə başa çatan görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.

Gəncə Bəyannaməsinin qarşıya qoyduğu vəzifələrin icrasını yüksək dəyərləndirən nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dünyada sülhə və inkişafa qarşı yönəlmiş təhdid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanın bu siyasəti beynəlxalq hüquq normalarına ziddir.

Dünyadakı bütün münaqişələrin insanlığa qarşı törədilən cinayət olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu Türkiyənin ölkələr və xalqlar arasında sülh yaratmaq cəhdlərini bundan sonra da davam etdirəcəyini söyləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə regiondakı layihələrdən kənarda qalacaq.

Tərəflərin beynəlxalq təşkilatlarda və regiondakı layihələrdə iştirakının böyük əhəmiyyət daşıdığını qeyd edən nazir Tamar Beruçaşvili bildirib ki, üçtərəfli münasibətlər bundan sonra da xalqlarımızın və ölkələrimizin maraqlarını təmin edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışan nazirlər əminliklə bildiriblər ki, bu layihələr Avropa və Asiyada yeni iqtisadi layihələrin həyata vəsiqə qazanmasına təkan verəcək. Qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünün tanınmasına dəstək verdiklərini diqqətə çatdıran tərəflər bildiriblər ki, bu sahədə əməkdaşlıq beynəlxalq hüquq normalarına əsaslanır.

(sia.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600