Nazirlik erməni tərəfinin iddiasını təkzib etdi

media-hightechnic-468x90

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600