Nazirlik işçiləri peşə bayramını qeyd edir
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətilə nazirliyin kollektivi Fəxri Xiyabanda olub. Daha sonra peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov ekologiya sahəsində görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə tədbir iştirakçılarına məlumat verib.
Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını “Fəxri Fərman” ilə təltif edib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.