Xəbər verdiyimiz kimi, bu gün bir neçə qazi əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.
Yenicag.az xəbər verir ki, etinasızlıqdan hiddətlənən qazilər nazirliyin binasının giriş qapsını təpiklə sındırıblar.
Həmin görünütləri təqdim edirik:
***
11:42
Bir neçə qazi əlilliyin təyinatı ilə bağlı narazılıq edir.
Yenicag.az xəbər verir ki , onlar bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz edirlər.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qazilərə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimə əlillik düşürsə, onlar bu hüququ qazanır:
“Qarabağ qazilərinin əlillik məsələsi xüsusi diqqətdə saxlanılır. İndiyə kimi 3000-ə yaxın Vətən müharibəsi qazisi əlilliklə təmin olunub”.
www.yenicag.az