Nazirliyin avtomobili dəhşətli qəza törətdi-Foto
Xəbər verdiyimiz kimi, Cəlilabadda ağır yol qəzası baş verib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya səbəb olan yük maşını Nəqliyyat Nazirliyinə məxsusdur. Belə ki, hadisə Ələt-Astara magistralının 127 km-nin Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində baş verib. Siyəzən rayon sakini Sədrəddinov Orxan Elxan oğlu sükan arxasında olduğu “Kamaz” markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkət edən Cəlilabad rayon Alar kənd sakini Əzizov Güloğlan Mərdi oğlunun idarə etdiyi Vaz 2107 markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı “Vaz 21”in sürücüsü hadisə yerində dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aprılır.