Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Quluzadə Ramin Namiq oğludur.
Kollegiya üzvləri:
Abdullayev Əli İzzət oğlu – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini,
Vəlizadə Elmir Tofiq oğlu – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini,
Məmmədov Rövşən Həmid oğlu – Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri,
Seyidov Mirsənani Mirsaleh oğlu – Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri,
Qəribov Adil Abdulxalıq oğlu – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru,
Həsənov Həbib Namiq oğlu – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi,
Fərmanov Faiq Azər oğlu – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru,
Əliyev Azər Rövşən oğlu – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri,
Hacıyeva Sevinc Məmməd qızı – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri,
Paşayev Suat Sabir oğlu – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru,
Əsədov Elnar Tahir oğlu – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru
www.yenicag.az