Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı işləmir

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, 1-7 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində XI Beynəlxalq Kitab Sərgisi keçirilir.

Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tender müsabiqəsi keçirmədən, Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətlərini “Azexpomontage” MMC-yə (VÖEN – 1302174151) həvalə edib və görüləcək işlər üçün bu şirkətə 533 min 717 manat 1 qəpik ödəyəcək.
Ətraflı
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd edək ki, sərginin keçirilməsi üçün yarım milyon manatdan çox vəsaitin sərf olunmasına baxmayaraq XI Beynəlxalq Kitab Sərgisinin rəsmi veb-saytında – “bakubookfair.az”da sərgi ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Saytın xəbərlər bölməsində sonuncu xəbər 26 sentyabr 2024-cü il tarixinə aiddir.

Məlumat üçün bildirək ki, ötən il 2-8 oktyabr tarixlərində baş tutan X Beynəlxalq Kitab Sərgisi barədə də “bakubookfair.az” saytında heç bir məlumat yer almayıb. Ötənilki sərginin təşkili işlərini “Admedia.Az” MMC-yə həyata keçirib və tender şərtlərində nəzərdə tutulan təşkilati işlərin bəziləri icra edilməyib./Yeniavaz.com/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa