Neft Fondu gələn il çətinliyə düşəcək

media-hightechnic-468x90

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioNatiq Cəfərli: “Bu da 2016-cı ilin ümumi icmal büdcəsi parametrlərinə ciddi təsir edəcək”

Milli Məclis ölkə büdcəsində neftin bir barrelini 90 dollardan götürsə də, “qara qızıl” sürətlə ucuzlaşaraq, 46-48 dollara çatıb. Neftin qiymətinin hələ daha da düşəcəyi gözləniləndir. Görəsən, belə vəziyyətdə neftin bir barrelini 90 dollardan götürmək özünü doğrulda biləcəkmi?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu il üçün dövlət büdcəsində problem yaşanacağı gözlənilməsə də, gələn il Neft Fondu ciddi cətinliklərlə üz-üzə qala bilər: “Dekabrın sonlarında büdcə qəbul edilərkən də neftin qiymət enmələri baş vermişdi. Bir çox ekspertlərin fikri də o idi ki, hökumət daha konservativ addım atmalı və büdcə parametrlərini daha aşağı qiymətlə hesablamalıdır. Amma təəssüf ki, hökumət bu addımı atmadı. Neftin kəskin ucuzlaşması fonunda büdcədə onun bir barrelinin 90 dollardan götürülməsinin büdcənin yerinə yetirilməsində problem yaradacağını düşünmürəm. Bu fonddan nə qədər vəsaitin daxil olmasından asılı olmayaraq, rezervlərdən istifadə etməklə həmin proseslər həyata keçiriləcək. Əsasən də büdcənin sosial məsələlərinə aid maddələrin yerinə yetirilməsində düşünmürəm ki, hansısa çətinlik yaransın. Ümumi vergi toplamalarının 2,8 milyard manatı neft sektorunun payına düşür. Neft şirkətindən gələn vergi proqnozları da 90 dollardan hesablanıb. Ona görə güman ki, verginin bu hissəsində büdcəyə ciddi təsir olsun. Həmin şirkətlərin satışdan əldə etdikləri gəlir azaldıqca, təbii ki, vergiləri də azalacaq. Büdcənin bu hissəsində ciddi problemin yaranma ehtimalı çox yüksəkdir. Əsas problem isə Neft Fondunun büdcəsilə bağlıdır. Bu büdcə də 90 dollardan hesablanıb, amma hələlik təsdiq olunmayıb. Güman ki, burada hökumət müəyyən dəyişikliklərə getsin. Amma indidən əminliklə demək mümkündür ki, Neft Fondunun büdcəsində gələn il ciddi problemlər yaşanacaq. Onun gəlirləri ilk dəfə olaraq xərclərindən daha az olacaq. Bu da 2016-cı ilin ümumi icmal büdcəsi parametrlərinə ciddi təsir edəcək və Fondun gəlirlərində ciddi azalma müşahidə olunacaq”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600