Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib

media-hightechnic-468x90

Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa