ABŞ-da neft quyularının sayı artıb.
Yenicag.Az OilGas.az-a istinadən xəbər verir ki, mayın 26-a olan həftəlik göstəricilərdə ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 7 ədəd artaraq 908-ə bərabər olub.
ABŞ-da neft quyularının sayı 2 ədəd artaraq 722-yə çatıb. Həftə ərzində ABŞ-da qaz quyularını sayında da artım müşahidə olunub. Belə ki, aktiv qaz quyularını sayı 5 ədəd artaraq 185-ə bərabər olub.
Qeyd edək ki, ABŞ-da neft quyularının sayı artıq 19-cu həftə ardıcıl olaraq artır.
Yenicag.Az
www.yenicag.az