Neftçalada üzlüklər söküldü
Bakıdakı yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnən faciəvi yanğından sonra Neftçalada da binaların fasadlarına vurulmuş sintetik və odadavamsız üzlüklərin sökülməsinə başlanılıb.
Bu barədə Neftçala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat veriblər.
RİH-dən bildirilib ki, rayonda poliuretan və penoplastla üzlənmiş 3 bina var. Onlardan biri 5 mərtəbəli yaşayış binası, digər ikisi isə Neftçala şəhər bələdiyyəsinin və mədəniyyət şöbəsinin inzibati binalarıdır.
Artıq dünəndən başlayaraq A.Cəfərov küçəsində yerləşən 5 mərtəbəli yaşayış evinin fasadına vurulmuş sintetik üzlüklərin sökülməsinə başlanılıb.
Müxbirimizin binanın sonradan hansı üzlüklə üzlənəcəyi barədəki sualına isə icra hakimiyyətindən belə cavab verilib ki, bununla bağlı hələ qərar verilməyib, məsləhətləşmə aparılır.
virtualaz.org