!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi" Antalyaya yollanır - Bu komandalarla qarşılaşacaq  

!Reklam – Yazi

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu gündən istirahətə buraxılan komandamızın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər.

Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdəki “Alva Donna” otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. “Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Flaqman yanvarın 22-də Rusiyanın “OİK-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışında yanvarın 30-da nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

www.yenicag.az

1804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv