“Neftçi” klubu ilk transferini rəsmiləşdirdi

media-hightechnic-468x90

Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Yenicag.az kluba istinadla xəbər verir ki, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə ikiillik müqavilə bağlanıb.

İyirmi doqquz yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” olan E.Balayev “Neftçi”dən başqa “Sumqayıt”, “Araz Naxçıvan”, “Ayntraxt” (Frankfurt, Almaniya), “Qarabağ”, “Tobol” (Qazaxıstan), “Zirə” və “Turan” klublarında da çıxış edib.
O, Azərbaycan çempionatının və kubokunun qalibi olub, ölkənin ən yaxşı futbolçusu seçilib. Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa