"Neftçi" nigeriyalı hücumçunu transfer etdi

media-hightechnic-468x90

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

media-banner_tkm

Klubdan Yenicag.az-a verilən məlumata görə, “ağ-qaralar” nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.

Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.

Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar” (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Erzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05