“Neftçi” portuqaliyalı futbolçunu transfer etdi

media-hightechnic-468x90

“Neftçi” daha bir transferini reallaşdırıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, “ağ-qaralar” portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600