"Neftçi" Qara Qarayevlə müqavilə imzaladı - VİDEO

media-hightechnic-468x90

“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Təcrübəli oyunçu karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yığmanın digər üzvləri – qapıçı Emil Balayevi, Xorvatiyaəsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05