“Neftçi” “Şamaxı”ya qalib gəldi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış matçında “Neftçi” “Şamaxı”nın qonağı olub. Görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 81-ci dəqiqədə Mateus Saldanya vurub.

Bu qələbə sayəsində xalını 55-ə çatdıran “Neftçi” 2-cü pillədədir. Laurentsiu Regekampfın komandası 2-ci “Sabah”dan 4 xal geri qalır. “Şamaxı” isə 20 xalla 9-cudur. Bölgə klubu sonuncu “Səbail”dən 3 xal öndədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600