!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” səfərdə “Sumqayıt”a qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son oyununda “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 29-cu dəqiqədə qonaqların heyətində Yeqor Boqomolski açıb. Emin Mahmudov 44-cü dəqiqədə penaltidən ikinci topu rəqibin qapısında keçirib. Kapitan 45+2-ci dəqiqədə dublunu rəsmiləşdirib. Ruhdan düşməyən “gənclik şəhəri” təmsilçi 60-cı dəqiqədə Elvin Bədəlovla və 89-cu dəqiqədə Kazimir Ninqa ilə toplardan ikisinin əvəzini çıxıb.

Günün ilk oyununda “Araz-Naxçıvan” və “Qəbələ” heç-heçə edib – 1:1.

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab qarşılaşmaları fevralın 8-9-da oynanılacaq./Azertag/

COP29

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv