“Neftçi” “Srvena Zvezda”ya uduzdu

media-hightechnic-468x90

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

Yenicag.az-ın məlumatına görə, paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.

Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600