‘Neftçi” “Sumqayıt”ı məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXVI turunda “Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Ağ-qaralar”ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.

“Neftçi” 40 xalla 5-ci, “Sumqayıt” 32 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Qəbələ” “Kəpəz”i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05