Neftçilər peşə bayramını qeyd edir
Azərbaycan neftçiləri bu gün növbəti dəfə peşə bayramlarını – Neftçilər Gününü qeyd edirlər.
Bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış “Əsrin müqaviləsi”nin imzalanması şərəfinə uyğunlaşdırılıb.
İndi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dünya enerji bazarının fəal iştirakçısıdır. ARDNŞ-in hazırda Azərbaycan, Gürcüstan, Ukraynada və digər ölkələrdə yanacaqdoldurma məntəqələri var. Digər ölkələrində də YDM-lərin açılması üçün iş aparılır.
ARDNŞ “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə bir sıra yaddaqalan tədbirlər keçirib, fərqlənmiş neft mütəxəssislərini, həmçinin yubileyə həsr olunmuş müsabiqələrin qaliblərini mükafatlandırıb. (salamnews.az)