!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçilər yenə küləklə sınanır – 1000-dən çox işçi təxliyyə edildi

!Reklam – Yazi

Hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi üzrə 1000 nəfərdən çox işçi təxliyyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə OilGas.az-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Qurumdan qeyd olunub ki, martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib:

“Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçinin sahilə çıxarılması üçün tədbirlər görülüb”.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir” – deyə, məlumatda qeyd olunub.

COP29

www.yenicag.az

2541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv