!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin bahalaşması yeni iqtisadi şok yaradacaq: İnflyasiya qaçılmaz ola bilər

!Reklam – Yazi

“Yüksək qiymət müəyyən müddət ərzində əlavə gəlir gətirsə də, növbəti mərhələdə neft ölkələrinə problemlər yaradır”.

Yenicag.az xəbər verir ki, son həftələrdə dünya bazarında neftin qiymətində müşahidə olunan artım tendensiyası birmənalı qarşılanmır.

Neftin qiymətinin 70 dolları ötməsi “qara qızıl”ın bahalaşmasına yönəlik qiymətləndirmələrdə ziddiyyətli fikirlərin yaranmasına səbəb olub. Maraqlıdır ki, iri neft şirkətlərinin rəhbərləri də qeyd olunan qiymət artımından narahatlıqlarını bildiriblər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında qeyd edib ki, neftin qiymətinin optimal səviyyədə olması həm istehsalçı, həm də istehlakçının marağında olan məsələdir:

“Neftin qiymətinin həm istehsalçı, həm də istehlakçı üçün daha uyğun və optimal olması vacibdir. Dünya bazarında neftin qiymətinin yüksək olduğu vaxtlarda da, yəni 2014-cü ilədək olan dövrdə də qiymətin hər iki tərəfin maraqlarına uyğunluğunun vacibliyinə dair bəyanatlar verilirdi.

Bu baxımdan, maksimal hədd kifayət qədər yüksək və yaxud aşağı qiymətlərdən daha vacibdir. Neftin bahalaşması həm də şist neft hasilatının genişlənməsinə səbəb olmaqla yanaşı, ABŞ və Kanada kimi ölkələrin hasilatı artırmalarına səbəb olur.

Hasilatın artırılması isə bazara daha böyük həcmdə neft çıxarılmasına və yenidən neft şokunun yaranmasına gətirib çıxara bilər. Yəni yüksək qiymət müəyyən müddət ərzində artıq gəlir vəd etsə də, növbəti mərhələdə neft ölkələri üçün yeni problemlər yaradır. Ona görə də, neftin qiymətinin ifrat dərəcədə artması arzuolunan deyil.

Digər tərəfdən, siyasi faktorların neftin qiymətinə təsirini nəzərə alsaq, bu məqam ABŞ-la başqa neft dövlətləri arasında münasibətlərin soyumasına, hətta bir sıra hallarda gərginləşməsinə gətirib çıxarır. Eyni zamanda, yüksək qiymətlər istehsal xərclərini artırdığı üçün Qərb də neftin qiymətinin artmasında maraqlı deyil.

O halda digər məhsulların da qiyməti bahalaşır və idxal inflyasiyası qaçılmaz olur. Buna görə də, neftin qiymətinin optimal səviyyədə qalması çox vacibdir. Təhlillər də göstərir ki, 70-80 dollar intervalı neft üçün optimal qiymət sayıla bilər. Şift neft istehsalını da nəzərə alsaq, bu interval 60-70 dollara da düşə bilər.

Bu qiymət neft ölkələri üçün məqbuldur. Azərbaycan iqtisadiyyatı isə neftin yeni qiymətlərinə adaptasiya olunub. Ona görə də, neftin qiymətinin 60 dollar civarında olması belə, Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Bu qiymət ölkənin ticarət və tədiyyə balansında müsbət saldonun qorunub saxlanılmasına xidmət edir”.

ELÇİN

www.yenicag.az

1796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv