“Neftin qiyməti artacaq”
Brent markalı neftin qiyməti artım dinamikası nümayiş etdirməyə başlayıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, bunu OPEC-in baş katibi Abdulla Əl-Bədri deyib.
Onun sözlərinə görə, neftin bir barelinin qiymətinin 20-25 dolara düşəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı və bundan sonra qiymətlərdə tədricən artım müşahidə olunacaq.
Ekspertlərin fikrincə, neftin bundan sonrakı dövrdə qiyməti Avropa Mərkəzi Bankının rəhbərliyinin bu gün çıxaracağı qərardan asılı olacaq. Belə ki, bank rəhbərliyinin 1 ayda 50 mlrd. avro dəyərində istiqrazların buraxılmasına qərar verməlidir: “Bu isə möhtəkirlərin işini əngələ salıb, “qara qızıl”ın qiymətinin artmasına səbəb ola bilər”.
Bundan başqa, ABŞ-ın neft ehtiyatları barədə bu gün dərc olunacaq məlumatlar da neftin qiymətinə təsir edə biləcək əsas amillərdən hesab olunur.
Qeyd edək ki, dünya bazarlarında keçirilən sonuncu hərraclarda Brent markalı neftin bir barelinin qiyməti 49,91 dollar təşkil edib.