!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin qiyməti KƏSKİN ARTDI – Təsirləri nə OLACAQ?

!Reklam – Yazi

“Dekabrın əvvəlindən dünya bazarlarında neftin qiymətində 4%-lik artım müşahidə edilir. Hazırda “Brent” markalı neft 73 dollardan baha satılır və cari həftə qiymət artımı daha da sürətlənib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz eksperti İlham Şaban deyib.

Onun sözlərinə görə, bu tendensiyanı, əsasən, iki faktorla izah etmək olar:

“Birincisi bu, Çin iqtisadiyyatının stimullaşdırılması planlarından qaynaqlanır. Belə ki, Pekin son 14 ilin ən iri iqtisadi stimullaşdırma tədbirlərinə hazırlaşır. Təbii ki, bu planlar Çin iqtisadiyyatında canlanmaya səbəb olmaqla yanaşı enerjiyə tələbatı artıracağı da gözlənilir. Bu da öz növbəsində perspektiv neft qiymətlərinə də dəstək verib. Digər bir faktor isə Kanadanın ABŞ-yə enerji təchizatına dair xəbərdarlığından irəli gəlir. Belə ki, Kanada hökuməti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanada mallarına 25%-lik rüsum tətbiq etmək niyyətinə cavab olaraq, ABŞ-yə enerji tədarükünün azaldılması və ya dayandırılması ilə bağlı xəbərdarlıq edib. Təbii ki, bu da ABŞ-nin Kanadadan idxal etdiyi xam neftə güvənən neftayırma zavodlarına təsir edə biləcəyi üçün bazarda narahatlıq yaradıb”.

“Nəticə olaraq, bu faktorlar neft qiymətlərində müəyyən artıma səbəb olub. Ümumilikdə isə, noyabrın əvvəlindən “Brent” markalı neft dünya bazarlarında 70-74 dollar arasında ticarət edilir ki, bu da bazar iştirakçıları üçün stabil və komfortlu qiymət həddi hesab olunur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv