Nəqliyyat vasitələrinin özəlləşdirilməsindən büdcəyə daxilolmalar artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çox olub.

media-banner_tuq

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində avtomobillərin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Avtomobillərə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, hesabat dövründə nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 46 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 843 318 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 375 533 manat çox olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05