Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.
BDYPİ-dən Yenicag.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
– Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
– Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
19.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə bu günədək 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
www.yenicag.az