Nərgiz Paşayeva fəxri professor diplomuna layiq görülüb
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin (MDU) fəxri professoru diplomuna layiq görülüb.
N. Paşayeva bu diploma M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafındakı, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə layiq görülüb.
Fəxri diplom N. Paşayevaya Moskvada MDU-nun 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib(azərtac).