Nərimanovda kanalizasiya suyu küçəni basdı - VİDEO

media-hightechnic-468x90

Paytaxrın Nərimanov rayonu, Əliyar Əliyev 67 ünvanında yerləşən yaşayış binasının qarşısını kanalizasiya suyu basıb.

Yenicag.az Xəzər TV-yə istinadla xəbər verir ki, bir müddətdir beşmərtəbəli yaşayış binasının qarşısını çirkab basıb. Bu həm nəqliyyatın, həm də sakinlərin hərəkətinə ciddi maneə yaradır.

Ərazi üzrə 116 saylı Mənzil Kommunal İstisimar Sahəsinin rəisi Əli Seyidov qeyd edib ki, problemdən xəbərdardılar. Onun sözlərinə görə, problemə səbəb kanalizasiya xətlərinin köhnə olması və bəzi vətəndaşların iri tullantı atmasıdır.

Nərimanov rayon Sukanal İdarəsindən isə bildirilib ki, kanalizasiya şəbəkəsinin tutulmasına səbəb binanın zirzəmisindəki restoranlardır:

”İaşə obyektləri kanalizasiya xəttinə birbaşa qoşulublar, yağ tutucu qurğular quraşdırmadıqları üçün tez-tez tutulmalar yaranır. Həmin obyekt sahiblərinə belə halın baş verməməsi üçün bir daha xəbərdarlıq ediləcək”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600