Netanyahu: "İran artıq uranı zənginləşdirə və ya ballistik raketlər istehsal edə bilməz"
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı müharibənin nailiyyətlərini yüksək qiymətləndirib.
Yenicag.az “Times of İsrael”ə istinadən xəbər verir ki, Netanyahu bu barədə mətbuat konfransında danışıb.
O, xüsusi olaraq qeyd edib ki, İran artıq “uranı zənginləşdirə bilmir” və “ballistik raketlər istehsal etmək iqtidarında deyil”.
Netanyahu bildirib ki, İran “hər zamankindən daha zəifdir”, İsrail isə regional gücdür və “bəzilərinin fikrincə, dünya gücüdür”.













