!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Netanyahu: “İsrail Rusiya-İran əməkdaşlığından narahatdır”

!Reklam – Yazi

İsrail Rusiya-İran əməkdaşlığından narahatdır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

“Rusiya-İran əməkdaşlığı bizi çox narahat edir. Mən prezident Putinə də demişəm ki, İran tək bizim üçün yox, sonda, sizin üçün də təhlükə mənbəyidir”, – deyə Netanyahu bildirib.

Netanyahu, həmçinin, İranın Suriyada hərbi nöqteyi nəzərdən möhkəmlənməsinə yol verməməyə çağırıb: “Əgər İran öz planlarını gerçəkləşdirə bilsə, yəni Suriyanın Aralıq dənizindəki dəniz limanlarından birini nəzarətə götürsə, onda İsrailin dəniz yolları boyunca İranın sualtı qayıqları üzməyə başlayacaq”.

Yeniçağ.Az

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv