!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nəvələrim böyükdür, nəticələrimlə oynayıram" - Artur Rasizadə sükutu pozdu

!Reklam – Yazi

“Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrim ilə oynayıram və onları bir həftə görməyəmdə darıxıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir: “Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm”!.

Artur Rasizadə nəticələri haqda da danışıb: “Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günümü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər”.

Artur Rasizadə zəngə görə də minnətdarlıq edib: “Siz sağolun ki, mənimlə maraqlandız, 2 gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam”.

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır.

www.yenicag.az

14385
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv