!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nicat Abasov məğlub oldu

!Reklam – Yazi

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov yenə uğursuz nəticə ilə yadda qalıb.

Qrosmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.

Yarış aprelin 22-dək davam edəcək. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.

Qeyd edək ki, Nicat Abasov 1,5 xalla 7-8-ci yerləri bölüşdürür. Cədvələ 3,5 xalla Yan Nepomnyaşşi (FIDE) və Dommaracu Qukeş şərikli liderlik edirlər.

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv