NİDA-çılardan “əfv” açıqlaması

media-hightechnic-468x90

284595_309742109143266_1026630160_nMartın 18-də prezident İlham Əliyev məhkum edilmiş 90 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı verib. Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, hicab məhbusu Anar Qasımlı və NİDA üzvü  Orxan Eyyubzadənin də adı var.

Lakin hələ də NİDA üzvləri və bir sıra tanınmış QHT rəhbərləri həbsdə qalmaqdadırlar. Bəs NİDA vətəndaş hərəkatının üzvləri, siyası fəallar, bu barədə nə düşünür? Digərlərinin də azadlığa çıxacaqlarına hələ də ümidləri qalıbmı?

Rəşad Müseyibzadə:“Bu dəfə çox ümidlənmişdim, amma yenə də 2-3 NİDA-çının azad olacağını gözləyirdim. Amma olmadı. Növbəti əfv fərmanlarını gözləyək”.

 

 

Məsud Əsgər: “Azadlıq siyasi məhbusların haqqıdır. Hamısı şərlənib girov götürülüblər. Buna əfv deməzdim. Ədalət gec-tez bərqərar olacaq və dostlarımızla günahkarlar yerlərini dəyişəcək”.

 

 

İsmi Şahzadə:“Əlbəttə məşhur bir deyim də deyildiyi kimi, ümidlər sonda olur, hal hazırda elə bir situasiyadir ki, ümiddən basqa çarə yoxdur. Qısaca deyim ki, bu qədər doğmalarımızdan ayrı qalmağımız bəsdir! Sadəcə gecikmişdə olsa ədalətin tezliklə bərqərar olmasını diləyir və vətəndaş olaraq tələb edirəm”.

 

Rəhman Məmmədli: “Biz digərlərinin də azadlığa çıxacağına inanırıq. Çünki günahsız insanları bundan artıq içəridə saxlaya bilməzlər”.

 

 

 

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600