Nigarı canlı yayımda PƏRT ETDİLƏR: “O haradan sənin Eldarın oldu?”

media-hightechnic-468x90

Əməkdar artist Coşqun Rəhimov “Avroviziya” təmsilçimiz olan müğənni Nigar Camalı canlı yayımda pərt edib.

Yenicag.az xəbər verir ki, “Maska” şousunun münsiflər heyətində təmsil olunan Coşğun digər münsif Nigar Camalı hədəfə alıb.

Belə ki, münsiflər şouda maska altında çxış edən müğənninin Eldar Qasımov olduğunu zənn ediblər.

Eldarın adını eşidən Nigar “hansı Eldar, mənim Eldarım?”, – deyə münsiflərə sual verib.

Coşqun isə onun sözlərinə belə təpki göstərib:

“O, haradan sənin Eldarın oldu? O, xalqın, Azərbaycanın Eldarıdır. Cəmi bir dəfə səninlə duet oxuyub deyə Eldarı özününküləşdirməyəcəksən ki…”

Nigar qarşı tərəfin bu replikasını cavabsız buraxıb.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600