Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NIKOIL | BANK-ın əməkdaşı bürünc medal qazandı

NIKOIL | BANK –ın əməkdaşı Həsən Quliyev 05-07 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazandı.

Həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edirdi. 85+ kq çəki kateqoriyasında mübarizə apararaq, Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə etdi. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi oldu.

Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir.

“NİKOYL” İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır!

Yeniçağ.az

www.yenicag.az

342