“Yarımsaatlıq toy oxuyan müğənniyə 8 min dollar verdi, mənə isə 4 min dollar”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova efirdə deyib.
Müğənni bu gün toy bazarında sənətkarlardan çox, səsi olmayan müğənnilərə dəyər verildiyini təəssüflə bildirib:
“Qazanc hamıya lazımdır, razıyam bu fikirlə. Amma hər toya da getmirəm, seçim edirəm. Çünkü hətta yazı-pozu bilməyən, iki oktavalıq, dörd sözdən ibarət mahnılar oxuyan, amma “idi ko mne”si olan, müğənnilərə pul fərqi qoyulmur.
Mən 4 min alıramsa, o 14 min alır. Uzağa getməyim, bir neçə il əvvəl imkanlı bir qohumum məni toya dəvət etmişdi. Yarımsaatlıq toy oxuyan müğənniyə 8 min dollar verdi, mənə isə 4 min dollar.
Kasıb insanın toyunu pulsuz da oxumuşam, oxuyuram da. Amma sənin imkanın ola-ola, səviyyəcə aşağı olan müğınniyə daha çox dəyər verirsən. Səbəbini deyim, çünkü onun kirpikləri mənimkindən daha uzundur, “razrez”i daha dərindir, dekoltesi daha açıqdır”.
Nehru
www.yenicag.az