!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niyaz Niftiyev aclıq aksiyasına başladı - Məhkəməyə ETİRAZ

!Reklam – Yazi

Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun vəkili Ənnağı Məmmədli məlumat verib.

Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi 16 aydır ki, davam edir. Lakin məhkəmə prosesi hər dəfə bir bəhanə ilə təxirə salınır, lüzumsuz səbəblərlə uzadılır.

Bununla bağlı ictimai-siyasi sektor təmsilçilərinin çoxsaylı müraciətləri olsa da, aidiyyəti qurumlardan ciddi reaksiya verilməyib.

Sonuncu məhkəmə prosesi avqustun 9-da eyni formada təxirə salınaraq, avqustun 23-nə təyin edilib. Niyaz Niftiyevsə prosesin qəsdən uzadılmasına, məhkəmənin ədaləti qərar qəbil edə bilməməsinə etiraz olaraq avqustun 10-dan aclığa başlayıb.

Xatırladaq ki, N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü. Lakin istintaqın gedişatında bu ittihamlar öz təsdiqini tapa bilmədiyindən və ya bu maddələrlə onun həbsinin uzadılması mümkün olmadığından ittiham maddələri dəyişdirilib. Bu dəfə ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Lakin məhkəmə istintaqı dövründə bu maddələr üzrə ittihamlar da öz təsdiqini tapmayıb. Məhkəmədə ifadə verən şahidlər, həmçinin, bələdiyyənin keçmiş sədri Mətanət Nəsibov və işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər və bununla da ona qarşı irəli sürülən ittihamların əsassızlığını isbat ediblər.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, Preziden İlham Əliyev tərfindən “Tərəqqi” medalı ilə təltif olinub. Bir neçə elmi kitabın müəllifidir.

O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür./Bakupost/

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv