“Niyə Ermənistandakı zorakılıqlara göz yumulur?”-Azay Quliyev
Ermənistanda vəziyyət getdikcə gərginləşir. Mövcud iqtidar isə öz vətəndaşına qarşı güc tətbiq etməkdən çəkinmir. Maraqlıdır ki, beynəlxalq təşkilatlar insan haqqlarının bu şəkildə tapdanılmasına göz yumurlar. Millət vəkili Azay Quliyevin bu məsələyə toxunub.
Yenicag.az xəbər verir ki, millət vəkili öz Facebook səhifəsində erməni polisinin qəddarlığını belə şərh edib:
“Ermənistan polisi Gümrüdə dinc etirazçılara qarşı aşırı güc tətbiq edərək bir çoxunu həbs edib və bəzilərinə isə cinayət işi açıb. Hələ də nə Avropa İttifaqı (Parlamenti), nə ABŞ və nə də beynəlxalq hüquq müdafiə təşkilatları bu zorakılığa münasibət bildirməyiblər (pisləməyiblər). Səbəbi maraq doğurur. Görəsən az qala hər gün və ya hər həftə Azərbaycanla bağlı bəyanat verən və adi bir kiçik faktı böyüdərək ölkəmiz əleyhinə siyasi kampaniyaya çevirən bu qurumlar (şəxslər) niyə Ermənistanda baş vermiş bu zorakılğa və hüquq pozuntusuna göz yumurlar? Sərkisyan rejiminə görünür hər şey olar. Deyəsən sadə ermənilərin bəxti heç harda gətrimir…”