Norveç Ukraynaya daha 415 milyon avro verəcək

media-hightechnic-468x90

Norveç hökuməti Çexiya təşəbbüsü ilə Ukrayna üçün artilleriya sursatının alınması üçün 4 milyard Norveç kronu, Avropa Sülh Fondu vasitəsilə isə daha bir milyard Norveç kronu ayırır.

Yenicag.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidmətinin məlumat yayıb.

Ukrayna üçün ümumilikdə 415 milyon avro ayıran Norveçin Baş naziri Yunas Qar Stör qeyd edib ki, vəsait Ukrayna ordusu üçün əsas ehtiyaclarının ödənməsi üçün nəzərdə tutulub.

“Avropa Ukraynanı azadlıq uğrunda mübarizədə dəstəkləmək üçün daha çox məsuliyyət daşımalıdır. Bizim Avropa Sülh Fonduna verdiyimiz töhfələr və Çexiya təşəbbüsünə birgə dəstəyimiz Avropanın Ukraynanın yanında olduğunu vurğulayır”, -baş nazir qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600