Norveçin ən böyük neft şirkəti Rusiya ilə bütün birgə layihələrdən çıxdı – BƏYANAT
Daha bir nəhəng neft şirkəti Rusiya ilə uzun müddət davam etmiş əməkdaşlığa son qoydu.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Norveçin ən böyük neft şirkəti olan “Equinor” Rusiya ilə bütün birgə layihələrdən çıxdığını bəyan edib.
Bu barədə şirkətin mayın 25-də yaydığı bəyanatda qeyd olunub:
“Equinor” şirkəti 2022-ci il fevralın 27-də Rusiyadakı birgə müəssisələrdən çıxışına dair prosedurlara başlamağa qərar verdi.
Həmin müddətdən etibarən, “Equinor” Rusiyaya bütün yeni investisiyaları və bu ölkə ilə neft-qaz məhsullarının ticarətini dayandırdı, 2022-ci il martın 31-də balansdakı 1,08 milyard dollar vəsaitin geri çəkildiyini bəyan etdi.
“Equinor” Rusiya ilə 4 birgə müəssisədəki payını “Rosneft”ə verərək bütün öhdəliklərdən azad olur. Eyni zamanda, “Equinor”un “Haryaqa” layihəsindən çıxışına dair də saziş imzalanıb”.